İtaliya kubokunun yarımfinal mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, mərhələnin ilk oyununda “Yuventus” “Napoli”ni qəbul edib. Oyunda hesabı Neapol təmsilçisi açıb. Xose Kalyexon 36-cı dəqiqədə komandasını hesabda önə keçirib. Ancaq Turin təmsilçisi bu topun əvəzini çıxmağa nail olub. Paulo Dibala penaltidən fərqlənərək, oyunda status-kvonu bərpa edib. Sonrakı dəqiqələrdə Qonsalo İquain və Dibala (yenə penaltidən) hərəyə daha bir qol vuraraq, matçda yekun hesabı müəyyənləşdiriblər - 3:1.
Bu komandalar arasında cavab oyunu aprelin 5-də, Neapolda baş tutacaq.
İtaliya kuboku, yarımfinal, ilk oyun
28 fevral
Yuventus - Napoli 3:1
Qollar: Dibala, 47 (pen); 69 (pen), İquain, 64 - Kalyexon, 36.
saytlarin hazirlanmasi