"Sumqayıt"ın 9 futbolçusu 21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarına dəvət olunub.
Sportal.az xəbər verir ki, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Xəyal Nəcəfov, Mirabdulla Abbasov, Kamran Abdullazadə, Nicat Muxtarov, Azər Salahlı və Tərlan Əhmədli mart ayının 6-dan 9-dək Bakı şəhərində baş tutacaq təlim-məşq toplanışına çağırılıblar.
Qeyd edək ki, 9 futbolçunun yığma komandaya dəvət olunması klub tarixində yeni rekorddur.
saytlarin hazirlanmasi