Yaşar Vahabzadə 35 futbolçunu milliyə dəvət etdi

19:19 - 3 Mart 2017

Martın 6-dan 9-dək Bakıda 21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının təlim-məşq toplanışı olacaq.

 

Sportal.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi olan Yaşar Vahabzadə hazırlıq prosesinə ümumilikdə 35 futbolçu dəvət edib.

 

U-21-in heyəti: Fəhmin Muradbəyli, Sənan Əlizadə, Aqşin Qurbanlı (hamısı “Neftçi”), Eltun Turabov, İlyas Səfərzadə, Kamran Nəsirov (hamısı “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Xəyal Nəcəfov, Yusif Nəbiyev (hamısı “Sumqayıt”), Murad Popov, Qismət Alıyev, Roman Hüseynov (hamısı “Qəbələ”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Hüseynov, Əlibəy Məmmədli (hamısı “İnter”), Rəsul Babazadə (“Şərurspor”), İlkin Sadıqov (“Turan Tovuz”), Aydın Bayramov, Mirkamil Əliyev (hər ikisi MOİK).

 

U-23-ün heyəti: Tərlan Əhmədli, Azər Salahlı, Kamran Abdullazadə, Nicat Muxtarov, Mirabdulla Abbasov (hamısı “Sumqayıt”), Məqsəd İsayev, Maksim Vaylo (hər ikisi “Neftçi”), Sadiq Quliyev, Vüqar Mustafayev, Adil Nağıyev (hamısı “Zirə”), Tural Hümbətov, Kamal Mirzəyev (hər ikisi AZAL), Elşən Abdullayev (“Qarabağ”), Orxan Əliyev (“Kəpəz”).

Xəbər xətti