Ruslan Abışov Qətərə aparılmayacaq

16:48 - 5 Mart 2017

Milli komandamızın və “Neftçi”nin futbolçusu Ruslan Abışov zədələnib.

 

Sportal.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, zədə səbəbindən millimizin heyətindən kənarlaşdırılıb.

 

Qeyd edək ki, yığmamız martın 9-da Doha şəhərində Qətərlə yoldaşlıq oyunu keçirəcək.

Xəbər xətti