Riçard Almeyda millimizin düşərgəsindən ayrıldı

10:10 - 7 Mart 2017

“Qarabağ”ın üzvü Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra millinin düşərgəsindən ayrılıb.
 
Sportal.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub. O, baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.

 

Riçard Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FİFA-nın qərarının növbəti aylarda  açıqlanması gözlənilir.

Xəbər xətti