Qətər yığması ilə yoxalama oyunu keçirəcək futbol üzrə milli komandamız bu gün səfərə yollanıb.
Sportal.az xəbər verir ki, seçməmizi sözügedən ölkəyə aparan təyyarə Bakı vaxtı ilə saat 16:00-da Heydər Əliyev adına Hava Limanından havaya qalxıb.
Millimizin üzvləri hava limanında olan zaman tanınmış aktyor, Azərbaycanın xalq artisti Fəxrəddin Manafov da adıçəkilən məkanda olub. Komandamızın üzvləri daha çox “Təhminə” filmində “Zaur” rolunun ifaçısı kimi tanıdığımız görkəmli aktyorla xatirə şəkili çəkdiriblər.
Qeyd edək ki, yığmamızın Qətərlə oyunu martın 9-da baş tutacaq. Oyun Doha şəhərində yerləşən “Əl-Sadd” stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi