Millimizin səfər xərclərini ərəblər ödəyib

15:22 - 9 Mart 2017

Millimizin Qətər yığması ilə Dohada keçiriləcək yoldaşlıq oyununda iştirakı üçün bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödənilib.

 

Sportal.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb.

 

Bu gün Doha şəhərindəki Al Sadd stadionunda Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu Qətər Futbol Assosiasiyasının xahişinə əsasən televiziyada yayımlanmayacaq. Qarşılaşma yerli vaxtla saat Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti