Millimizin Dohada Qətər yığması ilə oyununa gələn azərbaycanlı azarkeşlər problemlə üzləşib.
Sportal.az xəbər verir ki, komandamızı dəstəkləmək üçün Şeyx Cassim ibn Hamad adına stadionuna gələn azarkeşlər içəri buraxılmayıblar.
Millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki həmin fanatlara komanda adından minnətdarlığını bildirib və onlarla xatirə fotosu çəkdirib.
Azarkeşlərin stadiona buraxılmamasına səbəb olaraq oyunun ictimaiyyətə tam qapalı olaraq keçirilməsi bildirilir.
Xatırladaq ki, millimiz Qətəri 2:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi