Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyununda yığmamız 2:1 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Robert Prosineçki qələbəni şərh edib:
“Özünəinamı artırmaq üçün bu oyunda qələbə qazanmaq vacib idi. Komanda pis təsir bağışlamadı. Qətər yığması da zəif komanda deyil və bu gün yaxşı futbol oynamağı bacardıqlarını sübut etdilər. Qələbə qazansaq da, komandada problemlər var və üzərində işləməliyik. Futbolçularım meydanda əzmkarlıq nümayiş etdirdilər. Ümumi götürdükdə, komandanın çıxışından razı qaldım. Bizim üçün vacib sınaq idi. Bu oyunda yeni futbolçulara şans verdim. Tellur Mütəllimov ilk dəfə milli komandanın forması altında meydana çıxdı. Onun çıxışı məni qane etdi. Mahir Mədətov oyuna yaxşı qoşuldu, Cavid Hüseynov uzun fasilədən sonra əsas millinin heyətində yer aldı və xoş təsir bağışladı. Yenə deyirəm, bəzi məqamlar var ki, üzərində işləməliyik”.
saytlarin hazirlanmasi