Montella: "Milan"ı yenidən qalib kimi görmək istəyirəm"

01:11 - 10 Mart 2017

“Milan” klubunun baş məşqçisi Vinçenzo Montella açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı çalışdırıcı  “Milan”da uzun müddət qalıb-qalmayacağına da aydınlıq gətirib:

 

“17 yaşım olarkən, “Yuventus” mənimlə maraqlanırdı. Gənc və çox həvəsli idim. Lakin zədələndim və artıq mənə əvvəlki maraq qalmadı. Mənim üçün heç bir çətinlik yoxdur. Bütün çətinliklər insanlara daha çox təcrübə qazandırır. Bəzi liqaları və şəhərləri digərlərindən daha çox sevirəm. Məsələn, London. Hazırda çoxlarını “Milan”da nə qədər qalacağım maraqlandırır. Hansısa rəqəmlə cavab versəm, düzgün olmaz. Burada qalıb komandama kömək etmək və onu yenidən qalib görmək istəyirəm”.

 

Qeyd edək ki, Vinçenzo Montello 2016-cı ildən Milan təmsilçisini çalışdırır.

Xəbər xətti