Cavid Hüseynov: “Əl-qolumuzu sallamaq fikrimiz yoxdu”

15:40 - 10 Mart 2017

“Rəqibin oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov deyib.

 

Təcrübəli yarımmüdafiəçi Qətərlə yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “Texniki futbola üstünlük verən komanda idi. Səfərdəki qarşılaşmanın çətin keçəcəyini bilirdik. Elə də oldu. Yaratdığımız imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq. Öz oyunum haqda nəsə deməyim düzgün olmaz. Yaxşı olar ki, bu barədə mütəxəssislər fikir bildirsinlər. Komandaya yeni cəlb olunan gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. İndi bizi Almaniya ilə çətin oyun gözləyir. Əlbəttə, əl-qolumuzu sallamaq fikrimiz yoxdu. Rəqibin adından asılı olmayaraq, nəticə qazanmaq istəyirik”.

Xəbər xətti