İslamiada: "Feyenoord"un futbolçusu millimizə dəvət aldı

17:33 - 12 Mart 2017

Mayın 12-22 aralığına ölkəmizdə İslam oyunlarının keçiriləcəyindən xəbərdarsız. Yarışda futbol üzrə milli komandamız da çıxış edəcək. İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 23 yaşadək futbolçulardan ibarət yığma təmsil edəcək. Yay Olimpiya Oyunlarında olduğu kimi, İslamiadada da hər komanda 23 yaşdan yuxarı olan 3 futbolçunu heyətinə cəlb edə biləcək.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, turnirdə iştirak edəcək millimizin heyətinə daha bir futbolçu cəlb edilib. Söhbət "Feyenoord"un 19 yaşlılardan ibarət komandasında oynayan Ozancan Kökcüdən gedir.

 

Bu barədə gənc yarımmüdafiəçinin atası Halis Kökcü saytımıza açıqlamasında məlumat verib. Halis Kökcü bildirib ki, AFFA hazırda futbolçunun pasport və vətəndaşlıq işlərini həll edir və məsələ yekunlaşmaq üzrədir: Futbolçunun atası yaxın günlərdə paytaxtımıza təşrif buyuracaq.

Xəbər xətti