Milli komandamızın və Almaniyanın II Bundesliqasında mübarizə aparan "Aue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov açıqlama verib.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Almaniya matçı haqda danışıb:
“Stadion tam olaraq dolu olacaq və möhtəşəm armosfer yaranacaq. Yoahim Löv dünyanın ən güclü milli komandalarından birinə rəhbərlik edir. Rəqibin heyətində Tomas Müller, Manuel Noyer və Toni Kroos kimi oyunçular var. Kroos meydanın mərkəzində özünü rahat aparır, o, bir sehrbazdı. Müller isə hər an səni cəzalandıra bilər. Bizim üçün asan olmayacaq. Futbolda hər şey mümkündü. Robert Prosineçkinin mənə bu oyunda şans verəcəyinə ümid edirəm. Onunla daim əlaqə saxlayıram”.
Xatırladaq ki, qarşılaşma martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi