Məşhur futbolçunun xanımı İtaliyada klub aldı

01:01 - 18 Mart 2017

Qana millisinin futbolçusu Maykl Essienin həyat yoldaşı İtaliyada 3-cü divizionda çıxış edən “Komo” klubunu satın alıb.

 

Sportal.az xəbər verir ki, klubdan verilən məlumata görə, Pani Essien iflas etmək üzrə olan kluba 206.000 funt-sterlinq xərc çəkib. Klubdan açıqlama bu şəkildə edilib:

 

“Xanım Pani Essien və onun komandası tezliklə azarkeşlərlə görüş təşkil edəcək. 110 illik tarixi olan bu klub üçün xoş addımdı. Yeni sahibənin əsas istəklərindən biri klubun inkişaf etməsi və tezliklə İtaliya B seriyasına keçməsidir”. 

 

Qeyd edək ki, Maykl Essen “Lion”, “Çelsi”, “Milan”, “Real” kimi tanınmış klublarda çıxış edib. 34 yaşlı yarımmüdafiəçi ötən günlərdə İndoneziyanın “Persib” klubuna transfer olub.

Xəbər xətti