Azərbaycan - Almaniya matçının hakimləri müəyyənləşdi

16:19 - 21 Mart 2017

Milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyanı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmanı idarə edəcək hakimlərin adına aydınlıq gəlib. Matçda ədaləti İtaliyadan olan hakimlər briqadası qoruyacaq.

 

Görüşün baş hakimi Daniele Orsato olacaq. Ona həmyerliləri Mauro Tonolini və Rikardi Di Fiore kömək edəcək. Dördüncü hakim funksiyasını isə Marko Quida yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti