Françesko Totti mövsümün sonunda “Roma”da yeni vəzifəyə təyinat ala bilər.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi əfsanəvi kapitana yeni müqavilə təklif edib. Belə ki, “canavarlar” veteran futbolçunun xidmətindən idman direktoru kimi yararlanmaq istəyir. Bunu klubun prezidenti Ceyms Pallotta deyib:
“Tottiyə 6 illik müqavilə təklif etmişik. Ümid edirəm ki, bizə müsbət cavab verəcək”.
Klub prezidenti onu da bildirib ki, 40 yaşlı Totti mövsümün sonunda futbolçu karyerasını bitirə bilər: “Ötən mövsümün sonunda yaxşı oynadığı üçün, ardıcıl qollar vurduğu üçün onunla yeni müqavilə imzaladıq. Amma bu mövsüm istədiyi kimi alınmır, ola bilər ki, mövsümün sonunda karyerasını bitirsin. Lakin heç nə tam bəlli olmayıb”.
Qeyd edək ki, Totti bu mövsüm çempionatda 11 oyun keçirib və 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi