21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi itki ilə üzləşib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fəhmin Muradbəyli yığmanın düşərgəsini tərk edib.
Buna səbəb “Neftçi”nin yarımmüdafiəçisinin təlim-məşq toplanışına zədəli qoşulmasıdı. Fəhmin həkim müayinəsindən sonra yığmanın düşərgəsindən ayrılıb.