İtaliya milli komandasının qapıçısı Canluici Buffon karyerası ərzində 1000-ci matçına çıxacaq.
Sportal.az xəbər verir ki, "Yuventus"un qolkiperinin yubiliey oyunu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Albaniyaya qarşı keçiriləcək görüşdə baş tutacaq. 39 yaşlı "əlcək sahibi" karyerasını necə bitirəcəyi ilə bağlı suala da cavab verib. O, hələ bu barədə düşünmədiyini bildirib:
"Bu barədə düşünməmişəm. Bəlkə də Zİdan kimi mən də kiməsə kəllə ataram. Bunun üçün hələ vaxtım var. İndi əsas məqsədimiz DÇ-2018-ə necə gedəcəyimizi düşünməkdi"
Qeyd edək ki, Buffon "Parma"da 220, "Yuventus"da 612, milli komandada isə 167 oyun keçirib.
saytlarin hazirlanmasi