İtaliyanın "Krotone” klubunun prezidenti Raffael Vrenna istefa verib.
Sportal.az xəbər verir ki, klub rəhbərinin belə addım atmasına komandanın uğursuz çıxışı səbəb olub. Vrenna açıqlamasında bunları bildirib:
“25 ildən sonra buranı kədərlə tərk edirəm. Krotone balaca şəhər olsa da, ehtiraslı və futbolu sevən azarkeşləri var. “Krotone”nin A seriyasına yüksəlməsini “Lester Siti”nin Premyer Liqa çempionluğu ilə müqayisə etmək olar. Birlikdə möhtəşəm mövsümlər keçirmişik”.
Qeyd edək ki, "Krotene" hazırda 14 xalla 19-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi