UEFA "Beşiktaş"ın futbolçusu Vinsent Abubakarı cəzalandırıb.
Sportal.az xəbər verir ki, qitənin ali futbol qurumunun İntizam Komitəsi kamerunlu forvarda 3 matçlıq cəza verib. 25 yaşlı hücumçu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransanın "Lion" klubuna qarşı matçlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Abubakar Avroliqanın 1/8 final mərhələsində "Olimpiakos"la görüşdə rəqibin futbolçusu Panaqiotis Retsosa başla zərbə vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılmışdı.
saytlarin hazirlanmasi