Ramil Şeydayev: "Öz millisi ilə oyunda rəqibə azarkeşlik edənləri başa düşümrəm"

18:36 - 26 Mart 2017

Bu gün DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi doğma azarkeşləri önündə Almaniya yığmasını qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, rəqibin son dünya çempionu olması fanatların qarşılaşmaya marağını daha da artırır.

 

Bundan başqa sözügedən qarşılaşmada qonaqlara azarkeşlik edəcək tərəfdarlar da olacaq.

 

Millimizin üzvü Ramil Şeydayev Almaniyaya azarkeşlilk edəcək azərbaycanlı fanatlarla bağlı açıqlama verib: “Hər kəs istədiyi milli komandaya azarkeşlik edə bilər. Ancaq öz ölkəsinin yığmasının oyununda rəqib komandaları dəstəkləyənləri başa düşmürəm”.

Xəbər xətti