Roberto Mançini: "Ən yaxşı baş məşqçilər italyanlardı"

11:14 - 28 Mart 2017

İtaliyalı baş məşqçi Roberto Mançini açıqlama verib.

 

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan 52 yaşlı mütəxəssis sabiq komandası “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola haqda danışıb:

 

“Mançester Siti”də möhtəşəm günlər keçirmişdik, çempion olmuşduq. Hazırda komandanı güclü mütəxəssis kimi hesab edilən Qvardiola çalışdırır. Yaxşı mübarizə aparırlar, amma uğursuzluğun səbəbləri var.

 

Qvardiola “Barselona”da Lionel Messiyə sahib idi. Həmçinin, çempionluq uğrunda mübarizədə yeganə rəqibləri var idi. Daha sonra hər zaman qalib gələcəyi “Bavariya”ya getdi və rahat həyat yaşadı. Ancaq İngiltərədə hər şey tam fərqlidi. Çempionluq üçün 6 klub mübarizə aparır. Yenə də təəccüblənirəm, çünki “Mançester Siti” hazırda 2012-ci ildəki heyətdindən daha güclüdü”.

 

Mançini dünyanın ən güclü məşqçilərinin italyan olduqlarını bildirib:

 

"Ən yaxşı baş məşqçilər italyanlardı. Antonio Konte hazırda yaxşı gedir. Karlo Ançelotti, mən və Klaudio Ranyeri də komandalarımızı çempion etmişik".

 

Qeyd edək ki, hazırda işsiz olan Roberto Mançini 2009/13-cü illərdə "Mançester Siti"ni çalışdırıb. Təcrübəli mütəxəssis 2011/12-ci illər mövsümündə "şəhərlilər"i çempion edib.

Xəbər xətti