"Yuventus"un forvardı üçün mövsüm başa çatdı

18:56 - 29 Mart 2017

"Yuventus"un heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "qoca sinyora"nın hücumçusu Marko Pyaça sıradan çıxıb. Xorvatiya milli komandasının Estoniya ilə keçirdiyi hazırlıq matçın (0:3) 65-ci dəqiqəsində zədələnən futbolçunun durumu ciddidi.

 

Dizindən xəsarət alan 21 yaşlı forvardın əməliyyat olunacağı gözlənilir. Gənc hücumçunun mövsümün sonunadək yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Xəbər xətti