Renat Dadaşov millimizdən gedir? AÇIQLAMA

17:13 - 4 Aprel 2017

“Azərbaycan yığmasındakı gələcək karyeram haqda indi danışa bilmərəm. Bunu zaman göstərəcək”.

 

Sportal.az xəbər verir ki,m bu sözləri açıqlamasında Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.

 

“Ayntraxt”ın 18 yaşlı hücumçusu martın 26-da Bundestimlə keçirilən oyuna dəvət olunsa da, millimizin heyətində debüt edə bilmədi. Bundan sonra onun AFFA-dan küsdüyü və əvvəllər də şərəfini qoruduğu Almaniya yığmalarına qayıdacağı barədə söz-söhbətlər yayılıb.

 

Bunlara şərh verməkdən boyun qaçıran gənc forvard Azərbaycan millisindəki gələcəyi ilə bağlı danışmağın tez olduğunu bildirib: “Hazırda çox danışmağa vaxtım yoxdu. Çünki ABŞ-a uçuram. Səfərimin səbəbi şəxsi işlərimdi. Bu barədə sonra danışarıq. İndi nəsə deyə bilmərəm. Yaşayarıq, görərik”. 


Əslən azərbaycanlı olan hücumçu əvvəllər ölkəmizin U-15 yığmasında çıxış edib. Sonra yaşadığı Almaniyanın U-15 millisində oynamağa qərar verən Dadaşov ardınca U-16 və U-17-nin formasını geyinib. Qısa zamanda Bundestimin aparıcı futbolçusuna çevrilmiş Dadaşov Azərbaycanda keçirilən U-17-lər arasında Avropa çempionatının final mərhələsində də oynayıb. 

 

Qeyd edək ki, Renat Dadaşov Almaniyanın U-17 yığmasında keçirdiyi 15 oyunda 13 qola imza atıb.

apasport.az

Xəbər xətti