Bu gün futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunun oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçiriləcək. Biro Jadenin yetirmələrinin ilk rəqibi Bosniya və Hersoqovina yığması olacaq.
B qrupunun digər matçında isə Macarıstan və Albaniya milli komandaları üz-üzə gələcək.
8 aprel
AÇ-2018-in seçmə mərhələsi
B qrupu
16:00. Macarıstan – Albaniya
Hakimlər: Borislav Kolev (Bolqarıstan), Kostas Nikolaou (Kipr)
Bakı İdman Sarayı
18:30. Azərbaycan – Bosniya və Herseqovina
Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı