Azərbaycan - Almaniya matçından nə qədər gəlir əldə edilib?

16:55 - 11 Aprel 2017

AFFA 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Almaniya oyunundan əldə olunan gəliri açıqlayıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, matçın bilet və SkyBox satışından, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204 min 691 AZN pul vəsaiti daxil olub.

 

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti