İslamiada: Millimizə Portuqaliya və Hollandiyadan futbolçular çağırıldı

14:09 - 12 Aprel 2017

Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları zamanı ölkəmizi təmsil edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının ilkin heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Yaşar Vahabzadə 36 futbolçunun adını siyahıda daxil edib. Bunlardan 30-u Azərbaycan Premyer Liqasının təmsilçilərindənsə, 6-sə xarici klublarda oynayanlardı.

 

Legioner həyatı yaşayanlar arasında ən diqqətiçəkən futbolçulardan biri Dmitri Nağıyevdir. Ukrayna Premyer Liqasında son vaxtlar fərqlənməklə gündəmdə olan 21 yaşlı müdafiəçi uzun fasilədən sonra yığmamıza qayıtmaq şansına malikdi.


Qeyd edək ki, son siyahı aprelin 25-dən sonra açıqlanacaq.

 

Məqsəd İsayev  -  Neftçi
Maksim Vaylo -   Neftçi
Ruslan Abışov  -  Neftçi
Rahil Məmmədov  -  Neftçi
Fəhmin Muradbəyli  -  Neftçi
Mirabdulla Abbasov  -  Sumqayıt
Yusif Nəbiyev  -  Sumqayıt
Tərlan Əhmədli  -  Sumqayıt
Nicat Muxtarov  -  Sumqayıt
Azər Salahlı  -  Sumqayıt
Bəhlul Mustafazadə  -  Sumqayıt
Şahrudin Maqomedaliyev  -  Qarabağ
Elşən Abdullayev  -  Qarabağ
Mahir Mədətov  -  Qarabağ
Coşqun Diniyev  -  Qarabağ
Ağabala Ramazanov  -  Qarabağ
Rəşad Sadiqov  -  Qəbələ
Elvin Camalov  -  Qəbələ
Tellur Mütəllimov  -  Qəbələ
Qismət Alıyev  -  Qəbələ
Vüsal İsgəndərli  -  Zirə
Elvin Məmmədov -   Zirə
Vüqar Mustafayev  -  Zirə
Adil Nağıyev  -  Zirə
Sadiq Quliyev -   Zirə
Kamal Mirzəyev -   AZAL
Azad Kərimov -   Kəpəz
Orxan Əliyev  -  Kəpəz
Abbas Hüseynov  -  İnter
Rauf Əliyev -   İnter
Emil Balayev  -  Səbail
Budaq Nəsirov  -  Sportinq (Portuqaliya)
Elnur Cəfərov -   Dugopolye (Xorvatiya)
Ziya Əzizov  -  Den Boş (Hollandiya)
Ozan Can Kokcu  -  Feyenoord (Hollandiya)
Dmitri Nağıyev  -  FC Dnipro (Ukrayna)
Taşkın İlter  -  Dənizlispor (Türkiyə)

 

Xəbər xətti