Şenol Günəş: "Bu, buraxacağımız qollar deyildi"

10:10 - 14 Aprel 2017

"1:0-dan sonra 1:2 hesabı ilə məğlub olmaq üzücüdü. Rəqib güclü idi, yaxşı analiz etmişdik. Gözlənilməz səhvlərlə uduzduq. Bu, buraxacağımız qollar deyildi. 2-ci qolu oyunun gedişində vura bilərdik. Lakin şansları dəyərləndirmədik. Cavab matçında mərhələni keçmək istəyirik". 

 

Sportal.az xəbər verir ki, bu sözlər "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşə məxsusdur. 

 

"Qara qartallar" Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Fransanın "Lion" klubuna 1:2 hesabı ilə məğlub olub. 

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı öncə matçdan əvvəl iki komandanın azarkeşləri arasında olan gərginlikdən danışıb:

 

"Matçdan öncə nələr olduğundan hələ də xəbərsizəm. Məncə, ən böyük səhv tribunlarda azarkeşlərin yerləşdirilməsində idi. Əgər azarkeşlərin yerləşdirilməsi düzgün qurulsaydı, belə hadisələr baş verməzdi. Ümumiyyətlə, kimin etməsindən asılı olmyaraq, tribunalarda baş verən çirkinliklərə qarşıyıq".

 

Günəş oyunun sonunda səhv edən və "Lion"un ikinci qoluna səbəb olan qapıçı Fabridən də danışıb:

 

"Qapıçının müdafiədə kimisə aldatması doğru deyil. Belə hərəkətlər komandanın ziyanına səbəb ola bilər ki, bu da bizim başımıza gəldi".

Xəbər xətti