"Beşiktaş"ın futbolçusu Avropa Liqasının ən yaxşısı seçildi

18:27 - 14 Aprel 2017

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.
 
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Beşiktaş"ın futbolçusu Rayan Babel ən yaxşı seçilib.
 
Hollandiyalı futbolçu ümumi səslərin 34 faizini toplayıb.

 

Qeyd edək ki, Babel "Lion" - "Beşiktaş" (1:2) matçında komandasının yeganə qolunu vurub.

Xəbər xətti