İtaliyanın “İnter” klubu mövsümün əvvəlində transferlərə 154 milyon avro xərcləyib.
Sportal.az xəbər verir ki, bu məbləğ Milan təmsilçisini İtaliyada transferlərə ən çox xərcləyən klub etmişdi. Lakin “İnter” həmin transferlərin bir çoxundan istədiyi performansı ala bilmədi.
Lissabon “Sportinq”indən 40 milyon avroya transfer edilən Joao Mario bu mövsüm 29 oyun keçirib. Portuqaliyalı yarımmüdafiəçi 3 qol vurub və 4 dəfə məhsuldar ötürmə verib.
Böyük ümidlərlə “Santos”dan 29,5 milyon avroya transfer edilən Qabriel Barboza cəmi 153 dəqiqə forma geyinib. 20 yaşlı forvard cəmi 1 qol vurub.
13,5 milyon avro qarşılığında “Mançester Siti”dən heyətə cəlb edilən Stefan Yovetiç isə cəmi 5 matçda iştirak etdi. Monteneqrolu forvard qol vura bilmədi və qış fasiləsində "Sevilya"ya icarəyə verildi.
22 milyon avroya “Latsio”dan transfer edilən Antonio Kandreva isə Seriya A-da 32 oyuna 6 qol və 8 assistlik performans nümayiş etdirib.
“İnter” İtaliya A Seriyasında 32 turdan sonra 56 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi