Monteneqronun Podqoritsa şəhərində təşkil olunan 17 yaşadək qızlar arasında UEFA İnkişaf turnirinə start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisi ilk turda Bosniya və Herseqovina ilə qarşılaşıb. Yığmamız turnirə 1:3 hesablı məğlubiyyətlə başlayıb. Millimizin yeganə qoluna Nigar Mirzəliyeva imza atıb.
Qeyd edək ki, aprelin 19-da keçiriləcək növbəti oyunda futbolçularımızın rəqibi Monteneqro yığması olacaq.