Avropa Liqasının 1/4 finalında keçiriləcək "Beşiktaş" - "Lion" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Serbiya Futbol Federasiyasından Milorad Maziç olacaq. Ona Milovan Ristiç və Dalibor Durdeviç köməklik edəcək. Dördüncü hakim funksiyasını Nemanya Petroviç yerinə yetirəcək.
Qeyd edək ki, "Beşiktaş" - "Lion" görüşü aprelin 20-i, Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.
saytlarin hazirlanmasi