"Beşiktaş"ın futbolçusu Avropa Liqasının ən yaxşısı seçildi

18:25 - 21 Aprel 2017

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Beşiktaş"ın futbolçusu Anderson Taliska ən yaxşı seçilib. Braziliyalı futbolçu ümumi səslərin 53 faizini toplayıb.
 
Qeyd edək ki, Taliska "Beşiktaş" - "Lion" (2:1) matçında komandasının hər iki qolunun müəllifi olub.

Xəbər xətti