17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunan UEFA İnkişaf turnirində ikinci yeri tutub.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, son oyunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız Lamiyə Qurbanovanın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovinaya 1:3 hesabı ilə məğlub olub, növbəti qarşılaşmada isə Monteneqro yığmasına penalti seriyasında qalib gəlib.
saytlarin hazirlanmasi