“Çelsi”nin transfer hədəfində olan Kalidu Kulibali üçün “Napoli” cəbhəsindən açıqlama gəlib.
Sportal.az xəbər verir ki, klubun prezidenti Aurelio de Laurentis seneqallı müdafiəçinin “Çelsi”yə transferinə icazə verəcək. Məlumata görə London klubu Kulibali üçün 55 milyon avroluq büdcə ayırıb. Klub rəsmisi bu haqda belə danışıb:
“Çelsi”dən Kulibali üçün təklif gəlsə, danışıqlar apara bilərik. Əgər Kalidu burda qalmaq istəmirsə, getməsinə icazə verə bilərik”.
25 yaşlı futbolçu özü də məsələ ilə bağlı danışıb:
“Gələcəkdə nələrin baş verəcəyini bilmirəm. Hazırda “Napoli”nin oyunlarına köklənmişəm. Fikrimcə, “Napoli” məni buraxmaz. Bu məsələ haqda çox danışmaq istəmirəm, yaşayarıq, görərik”.
Qeyd edək ki, seneqallı futbolçu 2014-cü ildən “Napoli”də çıxış edir.
saytlarin hazirlanmasi