"Prosineçki ilə "Bursaspor" yox, İspaniya klubları maraqlanır"

13:02 - 26 Aprel 2017

"Robert Prosineçki ilə maraqlanan klublar var. Lakin bu, "Bursaspor” deyil. Ümumiyyətlə, Türkiyə təmsilçilərindən heç biri ilə bu mövzuda danışığımız olmayıb”. 

 

Sportal.az xəbər verir ki, bunu "Report”a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır deyib. Türkiyəli menecer bildirib ki, 47 yaşlı mütəxəssisə əsas maraq İspaniyadandır. Y.Çalışır bunu xorvatiyalı müştərisinin futolçu karyerası ərzində uzun müddət Pireney ölkəsində çıxış etməsi ilə əlaqələndirib: "Prosineçki sıradan bir futbolçu olmayıb. İndiyə qədər həm "Real Madrid”, həm də "Barselona”nın formasını geyinən çox az sayda oyunçu var. Üstəlik, "Sevilya”da da çıxış edib. Ona görə də ispan dilini, oranın mentalitetini yaxşı bilir. Müasir futbolda bunlar önəmli məqamlardır. Digər tərəfdən, xorvatiyalı mütəxəssis Azərbaycan milli komandasının sükanı arxasında önəmli işlər görüb. Yığmanı FİFA reytinqində 87-ci yerə qədər gətirib. Bu səbəbdən, xarici klubların onunla işləmək istəməsi normaldır. Lakin hazırda hansısa real təklifdən söhbət gedə bilməz. Sadəcə, "Valensiya” ilə yanaşı, bəzi İspaniya klubları onunla maraqlanıblar”.

 

Meneceri Prosineçkinin hazırda yalnız Azərbaycan yığmasındakı işi barədə düşündüyünü və müqaviləsinin sonuna qədər vəzifəsini icra edəcəyini vurğulayıb: "Prosineçkinin AFFA ilə 2017-ci il dekabrın 31-dək müqaviləsi var. O, hazırda yalnız yığmanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Şimali İrlandiya ilə keçirəcəyi oyunu düşünür və digər məsələlərlə maraqlanmır”.
 
Qeyd edək ki, Robert Prosineçki futbolçu karyerası ərzində İspaniyada "Real Madrid", "Barselona" və "Sevilya"nın formasını geyinib. O, Azərbaycan millisinə 2014-cü ilin dekabrından rəhbərlik edir. Azərbay

Xəbər xətti