İrqçiliyə məruz qalan futbolçu meydanı tərk etdi

10:02 - 1 May 2017

İtaliya A Seriyasının 34-cü turunda “Kalyari” öz meydanında “Peskara” ilə qarşılaşıb

 

Sportal.az xəbər verir ki, “Peskara”nın futbolçusu Salli Muntari irqçiliklə üzləşib. Ev sahibi komandanın 1:0 hesabı ilə qalib gəldiyi matçın son dəqiqələrində “Kalyari” azarkeşləri rəqibin futbolçusu Salli Muntariyə irqçi şüarlar səsləndirib.

 

32 yaşlı yarımmüdafiəçi vəziyyəti matçın baş hakiminə söyləyib. Hakim isə futbolçuya “mən heç nə eşitmirəm, heç nə görmürəm” deyərək, sarı vərəqə göstərib. Bundan sonra Munatri meydanı göz yaşları içində tərk edib. O, meydanı tərk edərkən azarkeşlərə “bu, mənim rəngimdi” jestini də edib.

 

Qeyd edək ki, Muntari bu mövsümdən "Peskara"da çıxış edir. 

Xəbər xətti