“Mançester Yunayted” avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Viqo “Selta”sına 1:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo oyundan sonra açıqlama verib:
“Komandanın oyunundan çox razı qaldım. Ancaq nəticədən yox. Biz ən azı 2, ya da 3 qol vurmalıydıq. Bunu bacarmadıq və nəticədə növbəti mərhələyə kimin keçəcəyi sualı açıq qaldı. Cavab qarşılaşması böyük oyun olacaq. Bu hesab bizi qətiyyən arxayın edə bilməz. İndi isə “Old Trafford”da da bütün gücümüzü sərf etməliyik”.
Mourinyo oyunda yeganə qolun müəllifi olan Markus Reşford haqda danışıb:
“Reşford futboldan zövq alan 19 yaşlı uşaqdı. O, öz üzərində çox işləyir və şansını gözləyir. Bu matçda o, öz şansından yararlandı”.
saytlarin hazirlanmasi