Millimizin baş məşqçisi Robert Prosineçkini transfer etmək istəyən klubların sırasında daha biri əlavə olunub.
Sportal.az xəbər verir ki, Türkiyənin “Konyaspor” klubu xorvatiyalı mütəxəssislə maraqlanır. Komandanın hazırkı çalışdırıcısı Aykut Kocamanın "Fənərbaxça"ya keçəcəyi gözlənildiyi üçün klub rəhbərliyi yeni baş məşqçi vəzifəsinə Prosineçkini gətirməyi planlaşdırır.
Millimizin baş məşqçisi ilə artıq ilkin danışıqlara başlandığı bildirilib.
Qeyd edək ki, Prosineçki ilə "Bursaspor", "Valensiya" və "Sevilya" klublarının maraqlandığı iddia edilir.
saytlarin hazirlanmasi