Bu gün Avropa Liqasında finalçılar bəlli olub.
Sportal.az xəbər verir ki, finala vəsiqə uğrunda keçirilən yarımfinal oyununda “Lion” “Ayaks”ı qəbul edib. Meydan sahibləri "Ayaks"ı 3:1 hesabı ilə məğlub etsə də finala yüksələ bilməyib. "Ayaks" ilk qarşılaşmada 4:1 hesabı ilə qalib gəldiyi üçün finalda "Mançester Yunayted"lə qarşılaşacaq.
“Lion” (Fransa) - “Ayaks” (Hollandiya) - 3:1
Qollar: Lakazett, 45, 45+1, Qezzal, 81 - Dolberq, 27
saytlarin hazirlanmasi