Mourinyo: "Selta" bizdən yaxşı oynadı"

13:43 - 12 May 2017

"Mançester Yunayted" Avropa Liqasının yarımfinal mərhələsində "Selta" ilə 1:1 hesablı heç-heçə edib. İlk oyunda 1:0 hesabı ilə qalib gələn "qırmızı şeytanlar" finala yüksəlib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo oyun barədə danışıb:

 

"Möhtəşəm oyun sərgiləmədik. "Selta" bizdən yaxşı oynadı, amma oyunçularım meydanda əlindən gələni etdilər. Futbolçulardan razıyam. Rəqibə görə təəssüf edirəm. Finala bu qədər yaxın olan zaman kənarda qalmağın nə olduğunu bilirəm".

 

Mourinyo finaldakı rəqibləri "Ayaks” barədə də danışıb:

 

"Hər final fərqli bir hekayədi. Bəzi problemlərdən yorulmuşam. “Ayaks” üçün bu həftə mövsüm başa çatacaq, bizim isə qarşıda 3 oyunumuz var. Onlar daha çox istirahət edə biləcəklər. Çətin oyun olacaq. "Ayaks" gənc və çətin rəqibdi".

Xəbər xətti