Avropa Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Mançester Yunayted"in futbolçusu Maruan Fellaini ən yaxşı oyunçu seçilib. Belçikalı yarımmüdafiəçi ümumi səslərin 60 faizini toplayıb.
Qeyd edək ki, M. Fellaini Avropa Liqasının son yarımfinal oyununda “Selta” ilə matçda(1:1) komandasının yeganə qolunu vurub.
saytlarin hazirlanmasi