"Barselona"nın futbolçusu "Yuventus"un hədəfində

15:54 - 17 May 2017

"Yuventus" "Barselona"da çıxış edən Rafinya Alkantaranı heyətinə qatmaq istəyir.


Sportal.az xəbər verir ki, Turin klubu bu transfer üçün 25 milyon avrosundan keçməyə hazırdır. "Yuventus" Klaudio Markizyo və Sami Xediranın zədə problemlərinə görə bu mövqeyə yeni oyunçu almaq istəyir.

 

"Marca"nın məlumatına görə, Rafinya Kataloniya klubundan ayrılmaq istəyir. Onun xidmətində "Yuventus"la yanaşı, "Liverpul" və "Arsenal" da maraqlıdır.

 

24 yaşlı oyunçu bu mövsüm 28 oyunda meydanda olub və bu qarşılaşmaların 18-də start heyətdə meydanda olub. Rafinya 7 qol vurub və 4 assist edib.

Xəbər xətti