İtaliyalı mütəxəssis Çezare Prandellinin yeni iş yeri məlum olub.
Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı karyerasını BƏƏ-də davam etdirəcək. 59 yaşlı baş məşqçi “Əl Nəsr” komandasının "sükanı arxası"na keçəcək. Bu barədə məlumatı klubun prezidenti Humaid Əl Tayer məlumat verib.
“Əl Nəsr” geridə qalan mövsümü 6-cı pillədə başa vurub.
Prandelli “Parma”, “Roma”, “Fiorentina”, “Qalatasaray”, “Valensiya” kimi klublarda çalışıb. O, 2010-2014-cü illərdə İtaliya millisini də çalışdırıb.
saytlarin hazirlanmasi