Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, 23 yaşadək futbolçulardan ibarət milli komandamız final matçına çıxıb. Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız həlledici oyunda Omanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gələrək qalib olub.
Bürünc medal uğrunda isə Kamerunla Əlcəzair yığmaları üz-üzə gəliblər. 2:0 hesablı qələbə qazanan ərəblər yarışı 3-cü pillədə başa vurublar.
IV İslam Həmrəyliyi Oyunları
Futbol
Final
21:00. Azərbaycan – Oman - 2:1
Qollar: Mahir Mədətov, 16, 27 - Sabah Əl Yahyayi, 56
saytlarin hazirlanmasi