Milan"la müqaviləsi başa çatan Keysuke Honda komandadan ayrılacağını açıqlayıb.
Sportal.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə vasitəsi ilə azarkeşlərlə vidalaşıb:
“Əziz “Milan” azarkeşləri, hamınız sağolun. Komandada 3 il yarım çıxış etdim. Düzdür, mənə asan olmadı, ancaq bu müddət ərzində şəxsiyyət kimi formalaşdım. Artıq mövsümün sonudur, müqaviləm başa çatır və “Milan”ı tərk edirəm. Ancaq ümid edirəm ki, tezliklə sizinlə görüşəcəm”.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2014-cü ildən “Milan”da çıxış edirdi. O, bu müddət ərzində 90 oyuna 11 qol vurub.
saytlarin hazirlanmasi