Mourinyo: "Mənim ən çətin mövsümüm idi"

10:17 - 25 May 2017

"Mançester Yunayted" "Ayaks"ı 2:0 hesabı ilə məğlub edərək Avropa Liqasının qalibi olub.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın çalışdırıcısı Joze Mourinyo çempionluğu belə şərh edib:

 

“Bizim üçün çətin mövsüm keçdi. Buna baxmayaraq, 3 titul əldə etdik. Bu, sevindirici haldır. Final matçında səhvsiz oynadıq və rahat qalib gəldik. “Ayaks”dan ağıllı oynadıq. Qələbəyə layiq oyun nümayiş etdirdik. Premyer Liqada 3-cü və ya 4-cü yerlər uğrunda mübarizə aparmaqdansa, Avropa Liqasını seçdik. Bunun üçün hər an mübarizə apardıq və özümüzə inandıq. Bu, mənim ən çətin mövsümüm idi. Çempionlar Liqasına geri dönürük. İndi futbol bardə deyil, istirahəti düşünürəm”.

Xəbər xətti