"Yuventus"un aparıcı oyunçularından Mario Madzukiçin taleyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Xorvatiya millisinin üzvü Turin klubunda qalmağı üstün tutub. Belə ki, tərəflər arasında yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən, Mandzukiç 2020-cü ilin yayına qədər “Yuventus”un formasını geyinəcək.
Qeyd edək ki, təcrübəli futbolçu 2015-ci ildə "Atletiko"dan "qoca sinyora"ya transfer olunub. O, bu mövsüm daxili çempionatda 33 oyunda forma geyinib və 7 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi