Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" klubnunun "sükanı arxası"na keçəcəyi ilə bağlı xəbərlər bitmək bilmir.
Sportal.az xəbər verir ki, "yaşıl timsahlar"ın rəhbərliyi xorvatiyalı çalışdırıcını komandaya aprmaqda israrlıdır. Türkiyə mətbuatıının yaydığı xəbərə görə, klub rəsmiləri hazırda Azərbaycan millisi ilə Avstriyada təlim-məşq toplanışında olan mütəxəssislə yaxın günlərdə görüş keçirəcəklər. Avstriyada baş tutacaq görüşdən sonra Prosineçkinin gələcək taleyinə aydınlıq gələcək.
Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi dekabr ayının 4-də başa çatacaq.
saytlarin hazirlanmasi