Son olaraq İtaliya B Seriyasında çıxış edən "Piza" klubunu çalışdıran Cennaro Qattuzonun yeni iş yeri bəlli olub.
Sportal.az xəbər verir ki, mütəxəssis sabiq klubu "Milan"a qayıdıb. 39 yaşlı çalışdırıcı komandanın gənclərdən ibarət komandasını çalışdıracaq.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 1999/2012-ci illərdə “Milan”da çıxış edib. Qattuzo 2013-cü ildən məşqçiliyə başlayıb.
saytlarin hazirlanmasi